Supermen

Supermen
ing. Superman
"Superman #204" buraxılışının üz qabığından olan təsvir. Rəssam: Cim Li, konturçu: Skott Vilyams.
Nəşriyyat ABŞ DC Comics
Yayım tarixi "Action Comics #1"
(üz qabığında iyun 1938/
nəşr tarixi may 1938)[1]
Yaradıcı(lar) Cerri Siql
Co Şuster
Xüsusiyyətlər
Əsl adı Kal-El (doğum adı)
Klark Kent (götürmə adı)
Doğum yeri Kripton
Cinsiyyəti kişi
Boyu 201 sm
Çəkisi 107 kq
Göz rəngi kristal-mavi
Saç rəngi qara
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat yaxşı
Üzvlükləri Gündəlik Planet
Qalaktika Cəmiyyəti
Ədalət Liqası
Super Qəhrəmanlar Legionu
Partnyorları Betmen
Yaşıl fənər
Akvamen
Supergörl
Fleş
Ecazkar qadın
Mars ovçusu
Kapitan Marvel
Düşmənləri Darksayd
Dumsdey
Breyniak
Bizarro
Leks Lyutor
General Zod
Ləqəbləri Polad adam, Kritonun sonuncu övladı
Gücləri İnanılmaz güc
Uçmaq
Gözlərindən lazer çıxarmaq
Dondurucu nəfəs

Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri SiqlCo Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və videooyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur.[2] Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı”“Kriptonun son övladı” epitetləri ilə tanınır.[3]

Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. Uşaq vaxtlarından o, super insan qabiliyyətləri nümayiş etdirmiş, böyüdükdən sonra isə bu qabiliyyətləri insanlığın gələcəyi üçün istifadə etmiş və buna görə də Supermen (azərb. Super adam‎) kimi tanınmışdır.

Supermen uydurma ABŞ şəhəri olan Metropolda yaşayır və fəaliyyət göstərir. Klark Kent olaraq o, Metropolun yerli qəzeti olan Daily Planetdə müxbir kimi fəaliyyət göstərir. Supermenin sevgilisi Luis Leyn, əsas düşməni isə Leks Lüterdir. O, BetmenEcazkar qadınla birlikdə fəaliyyət göstərir və Ədalət Liqasının üzvü kimi təqdim edilir. DC Kainatına aid olan digər personajlar kimi, Supermen də illər ərzində formalaşmış bir neçə alternativ versiyaya malikdir.

Supermen onu digər insanlardan fərqləndirən xüsusi ikonik kostyuma malikdir; o adətən sinəsində sarı qırmızı emblemi olan mavi kostyum geyinir və qırmızı örtük taxır. Onun sinəsindəki loqo sarı qalxan üzərində yerləşdirilmiş S hərfindən ibarətdir. Bu qalxan simvolu digər mediada personajın simvolu kimi istifadə edilir. Supermen Amerikan mədəniyyətinin əsas simvollarından biridir.[2][4][5][6] Personajın ABŞ və dünya mədəniyyətinə təsiri alimlər, mədəniyyət nəzəriyyəçiləri və tənqidçilər tərəfindən geniş tədqiq edilmişdir. Personajın müəllif hüquqları tez-tez mübahisə mövzusu olmuş, Siql və Şuster isə müəllif hüquqlarının qaytarılması üçün iki dəfə məhkəməyə müraciət etmişdilər. Personaj, filmlər, teleserialar və videooyunlar da daxil olmaqla bir çox media adaptasiyalarında canlandırılmışdır. Kirk Alin, Corc Rivs, Kristofer Riv, Din Keyn, Tom Uellinq, Brendon Rut, Henri Kavill və Tayler Heklin tərəfindən müxtəlif bədii film və teleseriallarda canlandırılmışdır.

  1. "Mike's Amazing World of Comics: Action Comics #1 (1938)". 2017-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
  2. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; TCS11 adlı istinad üçün mətn göstərilməyib
  3. Rhoades, Shirrel. Comic Books: How the Industry Works. Peter Lang. 2008. səh. 72. ISBN 0820488925.
  4. Holt, Douglas B. How Brands Become Icons: The Principles of Cultural Branding. Boston, MA: Harvard Business School Press. 2004. səh. 1. ISBN 1-57851-774-5.
  5. Koehler, Derek J.; Harvey, Nigel., redaktorlar Blackwell Handbook of Judgment and Decision Making. Blackwell. 2004. səh. 519. ISBN 1-4051-0746-4.
  6. Dinerstein, Joel. Swinging the machine: Modernity, technology, and African American culture between the wars. University of Massachusetts Press. 2003. səh. 81. ISBN 1-55849-383-2.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search